İnsanlara hürriyət, millətlərə istiqlal!

Təranə Səmədova bu tarixdə azadlığa çıxa bilər

995 05.12.2025 12:17 Şou-biznes A A

Prodüser Təranə Səmədova yay aylarında azadlığa çıxa bilər.

Musavat.com xəbər verir ki, bu sözləri Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində deyib.

“Suelin göz yaşları məni çox üzdü. Təranənin cəzası bir il azaldılıb. Cəzasının üçdə birini çəkib. Yay aylarında çıxa bilər. Təranənin evini remont etdirəcəyəm. Təki azadlığa çıxsın”, - o bildirib.

Qeyd edək ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.

Ali Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Təranə Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin edilməyib. 

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR