İnsanlara hürriyət, millətlərə istiqlal!

"The Guardian” nəşri Qurban Qurbanovdan yazdı - FOTO

2115 28.01.2026 17:51 İdman A A

İngiltərənin məşhur "The Guardian" nəşri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə yazı hazırlayıb.

Nəşr Qurbanovu "Mançester Yunayted"in əfsanəvi məşqçisi Ser Aleks Ferqüssona bənzədib:

"Qurban Qurbanov Azərbaycanın Ser Aleks Ferqyusonu kimi tanınır. Qurbanov dünyanın ən uzun müddət çalışan elit məşqçilərindən birinə çevrilib və klubu Avropa yarışlarında hesablaşmalı bir gücə çevirərək əlamətdar bir imperiya qurub" .

Məqalədə qeyd olunur ki, bu mövsüm "Qarabağ"ın ən yaxşı mövsümü olacaq:

""Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin son oyun günündə "Enfild"lə qarşılaşacağı üçün növbəti mərhələyə vəsiqə qazanmaq üçün çox yaxşı şansa malikdir. Onlar 10 xalla 18-ci yerdədirlər və "Marsel", "Bayer Leverkuzen" və "PSV Eyndhoven" kimi Avropanın güclü komandalarından bir xal qabaqdadırlar. Hətta məğlubiyyət belə pley-offda qalmaq üçün kifayət edə bilər"./Milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR