İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İsrailə haqq qazandırdı

1136 08.04.2026 22:43 Dünya A A

ABŞ prezidenti Donald Tramp deyib ki, İsrailin Livana zərbələrinin dayandırılması şiə "Hizbullah" hərəkatı səbəbindən İranla atəşkəs razılaşmasına daxil edilməyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bununla da ABŞ lideri İsrailin Livana qarşı əməliyyatlarına haqq qazandırmış olub.

Tramp bir daha təkrarlayıb ki, "Hizbullah"a görə Livan müqaviləyə daxil edilməyib. “Buna da diqqət yetiriləcək. Hər şey qaydasındadır”, - deyə Tramp Tel-Əvivin qonşusunu niyə vurmağa davam etdiyini soruşan PBS müxbirinə müsahibəsində bildirib.

İsrailin İrana zərbələri barədə sualı cavablandıran Amerika lideri onları “təcrid olunmuş dava” adlandırıb və müxbirə “daha sürətli danışmağı” tövsiyə edib. “Bu, sövdələşmənin bir hissəsidir - bunu hamı bilir. Bu, təcrid olunmuş mübahisədir. Yaxşı? Daha sürətli danışmalısınız", - Tramp deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR