İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kubanı "dostcasına işğal" etmək istəyir

702 28.02.2026 22:25 Dünya A A

ABŞ prezidenti Donald Tramp Kubanın "dostcasına ələ keçirilməsi" ehtimalından danışaraq bunu ada sakinləri üçün müsbət addım adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Kubanın hazırda ciddi maliyyə çətinlikləri yaşadığını və bunun Havananı Vaşinqtonla dialoqa sövq etdiyini deyib.

“Bildiyiniz kimi, onların böyük problemləri var. Onların pulu yoxdur. Hazırda heç nələri yoxdur, amma bizimlə danışıqlar aparırlar”, - Tramp qeyd edib və bildirib ki, sonda Kubanın “dostcasına ələ keçirilməsi”nin baş verməsi tamamilə mümkündür.

Tramp həmçinin əlavə edib ki, Kuba mövzusu uşaqlıqdan bəri onun üçün aktual olub. O, uzun müddətdən sonra adadakı vəziyyəti yaxşılaşdırmaq üçün fürsət yarana biləcəyini vurğulayıb.

Trampın Kubaya dair əsas niyyətinin 1959-cu ildən bəri adada hakimiyyətdə olan kommunistləri devirmək və Kubanı yenidən ABŞ-nin satelliti olan dövlətə çevirməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR