Neft qiymətlərində baş verən artım ABŞ prezidenti Donald Trampın da diqqətindən yayınmayıb.
Musavat.com xəbər verir ki, Tramp məsələ ilə bağlı açıqlamasında neft qiymətlərindəki artımın qısamüddətli olacağını bildirib.
ABŞ prezidentinin sözlərinə görə, İranın nüvə təhdidinin aradan qaldırılmasından sonra qiymətlər yenidən aşağı düşəcək.
“İranın nüvə təhdidi məhv edildikdən sonra sürətlə azalacaq qısamüddətli neft qiyməti artımı ABŞ və bütün dünya üçün təhlükəsizlik və sülh naminə çox kiçik bir qiymətdir. Yalnız axmaqlar başqa cür düşünür”, – deyə Tramp qeyd edib.
Musavat.com







