İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Netflix–Warner Bros. anlaşmasına şəxsən müdaxilə edəcəyini açıqladı

576 08.12.2025 12:13 Dünya A A

ABŞ Prezidenti Donald Tramp "Netflix"in Warner Bros.-u almaq planı ilə bağlı qərarın qəbul olunmasında birbaşa iştirak edəcəyini bildirib.

Musavat.com xəbər verir ki, o, məsələ ilə bağlı açıqlamasında bu alışın bazarda ciddi dəyişiklik yarada biləcəyini vurğulayıb.

Tramp deyib: “Onların (Netflix-in) bazar payı onsuz da çox böyükdür. Üstünə Warner Bros. da gələndə bu pay daha da artacaq. Ona görə bilmirəm – buna iqtisadçılar qərar verməlidir. Amma mən də həmin qərarın qəbulunda iştirak edəcəyəm".

Hazırda Netflix-in Warner Bros.-u satın alması ilə bağlı müzakirələr ABŞ iqtisadi və siyasi çevrəsində geniş rezonans doğurub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR