İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Takaiçiyə Pekini qıcıqlandırmamağı tövsiyə edib

619 27.11.2025 08:13 Dünya A A

Bu həftənin əvvəlində ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Yaponiya Baş naziri Sanae Takaiçi Tokio və Pekin arasındakı münaqişənin həllini müzakirə edib.

Musavat.com xəbər verir ki, məlumatı Kyodo Xəbər Agentliyi yayıb. Agentliyin Yaponiya hökumətindəki mənbələrinə görə, Takaiçi və Tramp Tokio ilə Pekin arasında artan diplomatik münaqişənin həlli üçün birgə işləmək imkanlarını müzakirə ediblər.

Bəzi mənbələrəm görə, Tramp Si Cinpinlə danışdıqdan sonra söhbət etdiyi Takaiçiyə Pekini qıcıqlandıran ifadələrdən çəkinməyi tövsiyə edib.

Takaiçi özü əvvəllər jurnalistlərə bildirib ki, Tramp ona ABŞ-Çin münasibətlərinin vəziyyəti barədə məlumat verib və Çin rəhbəri Si Cinpinlə telefonla danışdığını bildirib. Lakin o, Yaponiya ilə Çin arasındakı münaqişəni Ağ Evlə müzakirə olunduğunu açıqlamayıb.

Qeyd edək ki, Yaponiya və Çin arasında gərginlik Yaponiya Baş naziri Sanae Takaiçi parlament müzakirələri zamanı Tayvan yaxınlığında baş verə biləcək mümkün hərbi böhranın Yaponiyanı "kollektiv özünümüdafiə hüququndan" istifadə etməyə məcbur edə biləcək "mövcudluq təhlükəsi" yaradacağını bildirdikdən sonra daha da artıb. Bu, Pekində qəzəbə səbəb olub və Tokioya ciddi xəbərdarlıq edilib. Çinin Osakadakı baş konsulu Xue Jian özünün X səhifəsində Yaponiya baş nazirinin "başını kəsəcəyi" ilə hədələsə də, paylaşım sonradan silinib. Çin Xarici İşlər Nazirliyi daha sonra həmvətənlərini Yaponiyaya səyahət etməmək barədə xəbərdar edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR