İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Venesuela hava məkanını bağlı elan etməsinin səbəbini açıqladı

634 01.12.2025 08:15 Dünya A A

Vaşinqton Venesuelanı dost ölkə hesab etmədiyi üçün Venesuela üzərindəki hava məkanının bağlanmasını tövsiyə edib.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Venesuela hava məkanını bağlı elan etməsinin səbəbini açıqlayarkən deyib: "Çünki biz Venesuelanı çox dost ölkə hesab etmirik”.

Tramp sözlərinə ABŞ-ın Venesuela ərazisinə hərbi hücumlarının mümkünlüyünün göstəricisi kimi qəbul edilməli olub-olmadığı ilə bağlı suala cavab olaraq əlavə edib: "Bunun heç bir mənası yoxdur".

O, Venesuela hakimiyyətinin "milyonlarla insanın" ABŞ-a qanunsuz miqrasiyasına kömək etdiyi deyib: "Bu insanların çoxu ölkəmizdə olmamalıdır. Onlar həbsxanalardan, dəstələrdən, narkotik satıcılarındandır. Ölkəmizə gələn bütün bu insanlar burada olmamalıdır. Onlar çoxlu problem yaradırlar". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR