İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Venesuelaya kömək edirik"; "ABŞ çöksə, hamı çökər"

469 21.01.2026 18:47 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Trampın çıxışından əvvəl Ağ Ev nümayəndəsi Stiv Vitkoff prezidentin söyləyəcəyi danışığın "dünyanı dəyişdirəcəyini" vurğulayıb.

Tramp ABŞ-nin dünya iqtisadiyyatındakı rolunu qeyd edərək deyib: "Tarix göstərir ki, Amerika pis vəziyyətə düşəndə, bütün dünya da pis vəziyyətə düşər. Biz çöksək, siz də çökərsiniz; biz yüksəlsək, siz də yüksələrsiniz".

ABŞ-ın enerji siyasətinə də toxunan Tramp bildirib ki, enerji stansiyalarını bağlamaq əvəzinə açırıq: "Effektivsiz və zərərli külək turbinlərini tikmək əvəzinə, onları yıxırıq və yeni turbinlərin tikilməsinə icazə vermirik".

Bundan başqa, ABŞ-nin Yaxın Şərq və Venesuela ilə bağlı siyasətinə də münasibət bildirən Tramp Venesuela 20 il əvvəl möhtəşəm bir ölkə olduğunu, amma indi problemlər yaşadığını bildirərək əlavə edib: "Amma biz onlara kömək edirik. Hücum dayandı və razılaşma əldə etdik".

Tramp Almaniyanın elektrik istehsalındakı azalmaya da diqqət çəkib və bunun mövcud kanslerin səhvi olmadığını bildirib. "Almaniya, 2017-ci ilə nisbətən indiki dövrdə 22% daha az elektrik istehsal edir. Bu problemi həll etmək üçün çalışır və buna nail olacaq", -  deyə o qeyd edib.

Trampın açıqlamaları, qlobal iqtisadiyyatda mövcud vəziyyəti və Amerikanın beynəlxalq münasibətlərdəki rolunu bir daha gündəmə gətirib.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR