ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı telefon danışığı keçirib.
Musavat.com xəbər verir ki, məlumatı Ağ Evin mətbuat katibi Karolin Levitt X hesabında açıqlayıb. Onun sözlərinə görə, Tramp Putinlə Ukrayna ilə bağlı "nikbin söhbət" edib.
Qeyd edək ki, dünən Ukrayna prezidenti ilə görüşdən qabaq Tramp Putinlə danışmışdı. O, elan etmişdi ki, Zelenski ilə görüşdən sonra da Moskvaya zəng vuracaq.
Musavat.com






