İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İrana çağırış: “Hörmüzdə rüsumu dərhal dayandırın”

914 11.04.2026 23:44 Siyasət A A

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp bəzi məlumatlara istinad edərək bildirib ki, İran Hörmüz boğazı üzərindən keçən tankerlərdən rüsum alır və bu addımı tənqid edib.

Onun sözlərinə görə, belə bir praktika regionda gərginliyi daha da artırır və beynəlxalq ticarət üçün risk yaradır. Tramp vurğulayıb ki, əgər bu məlumatlar doğrudursa, Tehran bu siyasəti dərhal dayandırmalıdır.

“Bunu etməmək daha yaxşı olardı. Əgər edirlərsə, bunu elə indicə dayandırmaları daha yaxşıdır”, – deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR