Dünən ABŞ prezidenti Donald Tramp sosial mediada ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisinə aid foto paylaşıb.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, Tramp şəkli özünün “Truth Social” platformasında heç bir izahat vermədən yayımlayıb.
Paylaşım ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxta təsadüf edir və Vaşinqtonun Tehrana yönəlik növbəti xəbərdarlığı kimi qiymətləndirilir.
Xatırladaq ki, Tramp daha əvvəl İranla danışıqların uğursuz olacağı təqdirdə ABŞ-nin təyyarədaşıyan gəmisinin bölgədə olmasının vacibliyini vurğulayıb. Son paylaşım da bu mövqenin davamı kimi şərh olunur.
Musavat.com






