İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Venesuela rəhbərliyinə açıq təhdid və sensasion etiraflar

669 04.01.2026 22:40 Dünya A A

ABŞ prezidenti Donald Tramp Venesuelanın vitse-prezidenti Delsi Rodrigesə və ölkədəki mövcud vəziyyətə dair son dərəcə sərt və diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp Delsi Rodrigesin “düzgün addım atmayacağı təqdirdə çox ağır bədəl ödəyəcəyini, bu bədəlin hətta Nikolas Maduronunkundan da böyük ola biləcəyini” bildirib.

ABŞ prezidenti Venesuelanı açıq şəkildə “cəhənnəmə çevrilmiş ölkə” adlandırıb. Onun sözlərinə görə, Venesuela tamamilə iflasa uğramış dövlətdir:

“Bu, uğursuz bir ölkədir. Tam mənada uğursuz bir ölkədir. Hər baxımdan fəlakət içində olan dövlətdir”, — deyə Tramp vurğulayıb.

Trampın açıqlamaları bununla da bitməyib. ABŞ prezidenti beynəlxalq gündəmdə ciddi rezonans doğuran başqa bir məsələ ilə bağlı da mövqeyini açıqlayıb. O bildirib ki, ABŞ-ın Qrenlandiya üzərində nəzarətə ehtiyacı var və bu, sırf müdafiə məqsədləri ilə bağlıdır.

Ağ Ev rəhbərinin bu bəyanatları həm Venesuela ətrafında yaranmış gərginliyi daha da artırıb, həm də ABŞ-ın qlobal təhlükəsizlik strategiyası ilə bağlı yeni suallar doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR