Qrenlandiya təkcə ABŞ üçün deyil, bütün Qərb ölkələri üçün həyati rol oynayır.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin oğlu və sahibkar Erik Tramp "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə deyib: "Qrenlandiya bir çox qlobal səbəblərə, bir çox təhlükəsizlik səbəblərinə görə strateji əhəmiyyətə malikdir, təkcə ABŞ üçün deyil, bütün Qərb dünyası üçün".
O qeyd edib ki, dünyada getdikcə daha çox güc Qrenlandiyanın yerləşdiyi bölgəni hərbiləşdirmək niyyətindədir, lakin konkret nümunələr gətirməyib. Eyni zamanda o, atası ABŞ prezidenti Donald Trampın "lazım gələrsə, Qərb həyat tərzinin - əlbəttə ki, Amerika həyat tərzinin, eyni zamanda Qərb həyat tərzi olan Avropanın - təhlükəsiz və onların maraqlarını nəzərə almayan qüvvələrdən qorunmasını təmin edəcəyinə" əminlik verib.
Musavat.com






