İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın oğlundan ŞOK AÇIQLAMA: “Ukrayna elitası müharibədən milyonlar qazanır” - VİDEO

860 07.12.2025 16:57 Dünya A A

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp müharibənin Ukrayna elitasının xeyrinə olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bu yay sevgilisi Bettina ilə Monakoda olarkən Ukrayna nömrə nişanlı çoxsaylı superkarlar gördüyünü və belə sərvətin “Ukraynada qazanıla biləcəyinə” şübhə etdiyini söyləyib.

“Bütün bu pullar həqiqətən Ukraynada qazanılıb? Mən 20 il əvvəl Ukraynada olmuşam və orada belə zənginlik yox idi. Siz görürsünüz ki, yüz milyonlarla dollar oğurluğa görə ikinci adam həbs olunur. Monakoda hər bir superkarın nömrəsini gördükcə aydın olur ki, zənginlər ölkədən qaçıb, “kəndliləri” döyüşə buraxıblar”, - ABŞ prezidentinin oğlu Dohada keçirilən forumda deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR