İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə parlamentində dava: andiçmə yumruq davası ilə bitdi - VİDEO

938 11.02.2026 21:49 Dünya A A

Türkiyə Böyük Millət Məclisində Ədliyyə naziri vəzifəsinə təyin olunan Akın Gürlekin andiçmə mərasimi zamanı deputatlar arasında əlbəyaxa dava baş verib.

Musavat.com xəbər verir ki, iclas zamanı müxalifət təmsilçiləri A.Gürlekin təyinatını “hüququn aliliyinə hücum” kimi qiymətləndirərək sərt etiraz ediblər. 

Onlar onun Ekrem İmamoğlunun – Rəcəp Tayyip Ərdoğanın əsas siyasi rəqiblərindən biri sayılan İstanbul bələdiyyə başçısının – məhkəmə təqibində rolunu əsas gətiriblər.

Məlumata görə, gərgin müzakirələr qısa zamanda fiziki qarşıdurmaya çevrilib və iclas müvəqqəti olaraq dayandırılıb. Hakim partiya təmsilçiləri isə A.Gürlekin peşəkar hüquqşünas olduğunu bildirərək onun təyinatının qanuni və əsaslı olduğunu vurğulayıblar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR