Türkiyənin xarici işlər naziri Hakan Fidan Donald Trampın xüsusi nümayəndəsi, eyni zamanda ABŞ-ın Ankaradakı səfiri Tomas Barrakla görüşüb.
Musavat.com xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, tərəflər Qəzza sülh planının həyata keçirilməsi ilə bağlı hadisələri, eləcə də Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.
Fidan və Barrak arasında əvvəlki danışıqlar 14 noyabrda baş tutub.
Bu fonda I24 News müxbiri Türkiyənin Qəzza zolağı üçün beynəlxalq sabitləşdirmə qüvvələrinin planlaşdırılması ilə bağlı Dohada keçiriləcək görüşə dəvət almadığını bildirib. Mənbənin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təşkil edilən tədbir adi, işgüzar görüşdür. Yüksək vəzifəli şəxslərin iştirakı gözlənilmir və məsləhətləşmələrdən sonra heç bir qərarın qəbul edilməsi gözlənilmir.
Musavat.com






