Türkiyədə baş verən yol-nəqliyyat hadisəsi sosial şəbəkələrdə geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, ağ rəngli avtomobilin sürücüsü son dərəcə təhlükəli qəza ilə üzləşsə də, möcüzə nəticəsində heç bir xəsarət almadan xilas olub.
Hadisə zamanı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq ağır nəticələrə səbəb ola biləcəyi bildirilsə də, sürücünün sağ-salamat qalması görüntüləri izləyənlər tərəfindən “möcüzə” kimi qiymətləndirilib. Qəzanın anbaan lentə alınan görüntüləri qısa müddətdə internetdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Baş verən hadisə bir daha mövsümə uyğun təkərlərin seçilməsinin və avtomobilin texniki vəziyyətinin vacibliyini gündəmə gətirib. Sosial şəbəkə istifadəçiləri isə hadisəyə ironik yanaşaraq “Hamı təkərləri dəyişibmi?” kimi şərhlər yazıblar.
Musavat.com






