İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 2 şəhərində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 54 şagird...

721 22.11.2025 20:00 Hadisə A A

Türkiyənin iki şəhərində kütləvi qida zəhərlənməsi baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Koceli şəhərindəki özəl liseydə 14 şagird bufetdə toyuq əti yedikdən sonra qida zəhərlənməsi əlamətlərindən şikayətlənib. 

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird qidadan zəhərlənib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisələrlə bağlı araşdırmalara başlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR