İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna demoqrafik fəlakətin astanasında- əhali sürətlə azalır

431 05.12.2025 16:22 Dünya A A

Ukrayna sürətlə dərinləşən demoqrafik böhranla üz-üzədir.

Musavat.com xəbər verir ki, 2022-ci ilin fevral ayında 42 milyon olan ölkə əhalisi bu gün artıq 36 milyon nəfərdən də azdır.

Agentliyin proqnozlarına görə, əhalinin azalması davam edərsə, 2051-ci ilə qədər ölkədə cəmi 25 milyon insan qala bilər.

Böhranın əsas göstəriciləri:
• Doğum səviyyəsi rekord dərəcədə aşağı düşüb;
• Ölümlər doğumları üç dəfə üstələyir;
• Ukraynada kişilərin orta ölüm yaşı cəmi 57,3 il-dir.

Hökumətin hesablamalarına əsasən, yaxın illərdə ölkədə 4,5 milyon nəfərə qədər işçi qüvvəsi çatışmazlığı yarana bilər. Bu isə Ukraynanın həm iqtisadi bərpasını, həm də müdafiə qabiliyyətini ciddi risk altına qoyur.

Analitiklər bildirirlər ki, miqrasiya, müharibə itkiləri, aşağı doğum səviyyəsi və ağır iqtisadi şərait tendensiyanı daha da sürətləndirir və ölkəni uzunmüddətli demoqrafik böhrana yaxınlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR