İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın Xəzərdəki neft yatağında ikinci hasilat platformasını da vurdu

736 13.12.2025 00:44 Hadisə A A

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Mərkəzinin "Alfa" uzunmənzilli dronları bu həftə ikinci dəfə Xəzər dənizində Rusiyaya məxsus Filanovski neft hasilatı platformasının yerləşdiyi yatağa uğurla zərbə endirib.

Musavat.com Unian-a istinadən xəbər verir ki, ikinci platforma da orada vurulub - Korçaqinanın adını daşıyır. Hər iki obyekt Lukoil-Nijnevoljskneft şirkətinə məxsusdur.

İlkin məlumata görə, SBU dronları hər iki buza davamlı platformada vacib avadanlıqlara zərər verib və bu da istehsal proseslərinin dayandırılmasına səbəb olub.

Mənbələr portala bildiriblər ki, Filanovski adına yataq Rusiya Federasiyasında və Xəzər dənizinin Rusiya sektorunda kəşf edilmiş ən böyük yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir:"SBU neft və qaz sektorundan Rusiya büdcəsinə daxil olan gəlirləri azaltmağa yönəlmiş sistemli işi davam etdirir. Zərbələrin tezliyi, coğrafiyası və dəqiqliyi Rusiya  üçün bir siqnaldır ki, təcavüzü davam etdikcə, "pambıq" müharibə üçün işləyən bütün Rusiya obyektlərində yanacaq".

Birinci hücum zamanı dəniz platformasında ən azı dörd zərbə qeydə alınıb. Hücum nəticəsində onun xidmət etdiyi 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb.

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri həmçinin bu gün Rusiyanın Yaroslavl vilayətindəki "Slavneft-YANOS" neft emalı zavoduna uğurla zərbə endirməyə nail olublar. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bu, işğalçıların ən böyük neft emalı zavodlarından biridir və ildə 15 milyon ton neft və neft kondensatını emal etmək qabiliyyətinə malikdir. O, Rusiya silahlı qüvvələrinin təchizatında iştirak edir.

Qeyd olunur ki, hədəf ərazisində partlayışlar və güclü yanğın qeydə alınıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR