İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyaya 5 “Flamingo” raketi atdı - Zelenski ELAN ETDİ

1166 24.12.2025 13:08 Dünya A A

Ukrayna son vaxtlar Rusiya ərazisinə 5 ədəd “Flamingo” raketi buraxıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Məlumatda bildirilir ki, raketlərdən biri hədəfə dəyib, digər 4-ü isə Rusiya HHM-i tərəfindən vurulub.

Dövlət başçısının sözlərinə görə, son dövrlərdə raketlərin hədəfə dəymə faizi xeyli yaxşılaşıb və bu, təkcə “Flamingo” raketlərinə aid deyil.

“Flamingo” raketlərinin hədəfə dəymə faizi hazırda yüksəlib. Son istifadədə 5 raket buraxılıb. Onlardan biri hədəfi məhv edib, 4-ü isə Rusiya HHM-i tərəfindən vurulub. Bütün bu göstəricilər hər ay daha da güclənir. “Neptun” raketlərinin də hədəfə dəyməsi əvvəl yaxşı idi, indi isə çox yaxşıdır”, - deyə Zelenski bildirib.

Prezident həmçinin “Ruta” raketinin istehsalı barədə də danışıb. Onun sözlərinə görə, bu raket artıq uğurla tətbiq edilib, lakin hazırda sayı azdır. Zelenski qeyd edib ki, problem əsasən texniki xarakter daşıyır və maliyyələşmə ilə mühərrik məsələləri ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR