İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Taqanroq limanını alovlara qərq etdi

885 30.05.2026 09:19 Dünya A A

Ukrayna ötən gecə Rusiyanın bir neçə bölgəsində, eyni zamanda Krımda yanacaq anbarı, neft emalı zavodlarına zərbələr endirib.

Musavat.com Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına istinadən xəbər verir ki, Taqanroq limanında dron hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina yanıb: "Dron hücumu nəticəsində Taqanroq limanında tanker, yanacaq çəni və inzibati bina yanıb. İlkin məlumata görə, itki yoxdur".

Bundan əlavə, Krasnodar diyarındakı Armavir şəhərində Cənubi Neft Şirkətinin neft anbarına da zərbə endirilib.

Krımda da gecə ərzində güclü partlayışlar eşidilib. Hədəfin Feodosiyadakı neft anbarı olduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR