Ukrayna Silahlı Qüvvələrinin 429-cu “Axilles” dron bölməsi Şimali Kupyansk istiqamətində rus qüvvələrinin gizli istifadə etdiyi borunun məhv edildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, aprelin sonunda bölmə şəhərin müdafiə xəttinə daxil olub və əsas vəzifələrin icrasına başlayıb.
Bunlara düşmən hərbçilərinin zərərsizləşdirilməsi, keçidlərin nəzarətdə saxlanması və potensial irəliləyiş marşrutlarının minalanması daxil olub.
Kəşfiyyat zamanı qeyri-adi, lakin strateji əhəmiyyət daşıyan logistika kanalı, boru aşkarlanıb. Bu boru rus qoşunlarına atəş nəzarətindən kənarda qüvvə toplamağa imkan verirdi. Bunun ardınca 429-cu alay həmin marşrutu ləğv etmək üçün kompleks əməliyyat həyata keçirib.
“Borunun məhv edilməsi üçün üç ton partlayıcı istifadə olunub. Daha sonra əməliyyata Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələri də qoşulub”, - Alayın açıqlamasında bildirilib.
Hərbçilər əlavə edib ki, bu istiqamətdə düşmən kiçik bölmələr və piyada hücumları taktikasından istifadə edib. 429-cu alayın məlumatına görə, apreldən dekabr ayına qədər Kupyansk rayonunda 998 rus hərbçisi məhv edilib, 879 nəfər isə yaralanıb.
Musavat.com






