Musavat.com xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskva və ABŞ nümayəndə heyətlərinin görüşündən sonra danışıqların detalları barədə açıqlama verib.
Uşakov bildirib ki, tərəflər bəzi məsələlərdə razılığa gəlməyə hazır olsalar da, bir sıra məqamlar tənqid doğurub. Buna baxmayaraq, onun sözlərinə görə, “faydalı müzakirə” baş tutub.
O əlavə edib ki, görüş zamanı ərazi məsələləri də gündəmə gətirilib. Buna rəğmən, kompromislər hələ tapılmayıb və Rusiya və ABŞ liderlərinin görüşü hazırda planlaşdırılmır. Uşakov vurğulayıb ki, uzunmüddətli sülhə nail olmaq üçün iş davam etdiriləcək.
Rusiya rəsmisinin sözlərinə görə, hər iki tərəf “əməkdaşlıq üçün böyük perspektivlər” gördüyünü də bəyan edib.
Musavat.com






