İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Avropa ilə Rusiyanı barışdırmaq planı hazırlayır

460 25.01.2026 10:49 Dünya A A

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya və Avropa arasında etimad yaratmağa ümid edir.

Musavat.com xəbər verir ki, məlumatı "Politico" Donald Tramp administrasiyasındakı adı açıqlanmayan bir məmura istinadən yayıb:

“Aydındır ki, hazırda Avropa ilə Rusiya arasında çox da etimad yoxdur, amma biz əsl gərginliyin azaldılmasını nümayiş etdirərək etimad yaratmağa başlamağa imkan verəcək yeni bir paradiqma üçün təməl yaratmaq istəyirik".

Qəzetin məlumatına görə, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə (BƏƏ) keçirilən məsləhətləşmələrin əsas mövzusu iqtisadi məsələlər, eləcə də Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət olub:

"Hər iki tərəf sülhdən nə əldə edə biləcəklərini, məsələn, Ukraynanın çiçəklənməsi üçün bir plan və Rusiya ilə ABŞ arasında bəzi işgüzar sövdələşmələr üçün imkanlar əldə edə biləcəklərini anlamağa başlayır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR