ABŞ ilə Venesuela arasında yaranmış gərginlik Vaşinqtonun xarici siyasət prioritetlərinə təsir göstərib.
Musavat.com xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri yazır.
Qəzetin məlumatına görə, ABŞ-ın Venesuelaya endirdiyi hərbi zərbə Kiyev üçün narahatedici siqnal kimi qəbul olunur. Nəşr qeyd edir ki, Ukrayna paytaxtında Vaşinqtonun bu addımı birmənalı uğur kimi deyil, ABŞ-ın diqqətinin başqa istiqamətlərə yönəlməsinin əlaməti kimi qiymətləndirilir.
"Berliner Zeitung" yazır ki, Kiyevdə ABŞ-ın prioritetlərinin dəyişməsi və ukrayna istiqamətinə marağın zəifləməsi ilə bağlı narahatlıqlar artır. Məqalədə vurğulanır ki, Venesuela ətrafında baş verən hadisələr ABŞ-ın resurs və siyasi diqqətinin yenidən bölüşdürülə biləcəyini göstərir.
Nəşrin qənaətinə görə, bu tendensiya Ukrayna üçün həm siyasi, həm də təhlükəsizlik baxımından əlavə risklər yarada bilər.
Musavat.com






