İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Macarıstan və Slovakiyaya təzyiq edir – Rusiya qazına görə

425 13.02.2026 23:03 Son xəbər A A

ABŞ dövlət katibi qarşıdan gələn səfəri zamanı Macarıstan və Slovakiya ilə Rusiyanın enerji təchizatından imtina məsələsini müzakirə etməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Marko Rubio Münhen Təhlükəsizlik Konfransından sonra Macarıstan və Slovakiyaya səfər edəcək. ABŞ dövlət katibi hər iki ölkənin rəhbərliyi ilə danışıqlar aparmaq niyyətini təsdiqləyib.

Müxbirlər Rubiodan Rusiyanın enerji təchizatına son qoyulması mövzusunun görüşlərin gündəliyində olub-olmayacağını soruşublar.

“Onlarla belə söhbətlər edəcəyik. Onlarla nə edilməli olduğunu müzakirə edəcəyik. Bu görüşlərdə dəqiq nəyi müzakirə edəcəyimizə toxunmayacağam. Amma ilk növbədə, bunlar ABŞ ilə çox sıx əməkdaşlıq edən, bizimlə çox sıx əməkdaşlıq edən ölkələrdir. Bu, onları görmək üçün yaxşı fürsətdir - mən heç vaxt o iki ölkədə olmamışam”, - deyə Rubio cavab verib.

Dövlət katibi Vaşinqtonun Budapeşt və Bratislava ilə sıx tərəfdaşlığını qeyd edərək, səfərini bu ölkələri şəxsən tanımaq üçün yaxşı fürsət adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR