ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsinin həlli üçün cəmi bir neçə gün vaxt tanıyıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Söhbət NATO-nun 5-ci maddəsinə bənzər, ABŞ-ın hərbi və hüquqi öhdəliklərini ehtiva edən zəmanətlərdən gedir. Bildirilir ki, bu zəmanətlər Konqres vasitəsilə təsdiqlənə və Donald Tramp hakimiyyətdən getdikdən sonra da qüvvədə qala bilər.
Məlumata görə, Vaşinqton Kiyevdən Milad bayramına qədər razılaşma əldə etməyi tələb edir. Əks halda, Ukrayna üçün irəli sürülən şərtlər daha sərt ola bilər.
Eyni zamanda Avropada narahatlıq var ki, NATO-ya tamhüquqlu üzvlük olmadan veriləcək bu cür təhlükəsizlik zəmanətləri kifayət qədər güclü olmaya bilər.
Musavat.com






