İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan Tehrana sərt mesaj: “Obama kimi illərlə gözləməyəcəyik”

853 21.02.2026 03:08 Dünya A A

ABŞ-ın NBC News telekanalına danışan Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsi İranla davam edən danışıqlar barədə diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, rəsmi Vaşinqton əvvəlki administrasiyadan fərqli olaraq prosesi uzatmaq niyyətində deyil: “Biz iranlılara dedik ki, Obama administrasiyası kimi daha bir neçə il gözləmək fikrində deyilik”. 

Bu açıqlama ABŞ-İran münasibətlərində vaxt faktorunun əsas təzyiq alətinə çevrildiyini göstərir. Tramp komandasının strategiyası Tehrana sürətli qərar vermək üçün məhdud zaman pəncərəsi qoymaq və nüvə sazişi üzrə razılaşmanı ya tez əldə etmək, ya da alternativ ssenarilərə keçməkdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR