Venesuela hakimiyyəti ölkədə xeyli sayda siyasi məhbusun azadlığa buraxılması prosesinə start verildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, rəsmi bəyanatda bu addımın respublikada sülhün möhkəmləndirilməsi və cəmiyyət daxilində dinc yanaşı yaşamanın təmin olunması məqsədi daşıdığı bildirilib.
Hakimiyyət nümayəndələrinin sözlərinə görə, proses “Respublikada sülhü və bütün tərəflər arasında dinc birgəyaşayışı gücləndirmək üçün qəti və dəyişməz iradənin ifadəsi” kimi qiymətləndirilir.
Qeyd olunur ki, azadlığa buraxılacaq şəxslərin dəqiq sayı və mərhələlər üzrə icra mexanizmi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq. Beynəlxalq ictimaiyyət uzun müddətdir Venesuela hakimiyyətini siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışlar edirdi.
Musavat.com






