İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela xarici işlər nazirindən BƏYANAT

1830 03.01.2026 11:58 Siyasət A A

Venesuela xarici işlər naziri təcili bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda Nikolas Maduronun Venesuelaya hücumla əlaqədar fövqəladə vəziyyət elan edən fərman imzaladığı qeyd olunur.

Xarici işlər naziri bildirib ki, Venesuela ABŞ tərəfindən hərbi təcavüzə məruz qalıb.

Bu ardada ABŞ rəsmiləri CBS News-a bildiriblər ki, Tramp Venesuela daxilindəki hədəflərə, o cümlədən hərbi obyektlərə zərbələr endirməyi əmr edib.

Bəyanata görə, Venesuela Bolivar Respublikası hökuməti ABŞ-ın Karakas və Miranda, Aragua və La Quayra ştatlarındakı mülki və hərbi hədəflərə qarşı "kobud hərbi təcavüzü"ni qətiyyətlə pisləyir.

Rəsmi açıqlamada ABŞ-ın hərəkətlərinin "BMT Nizamnaməsini pozduğu, Latın Amerikası və Karib dənizində sülh və sabitliyi təhdid etdiyi və milyonlarla insanın həyatını təhlükəyə atdığı" qeyd edilib.

Prezident Nikolas Maduro milli müdafiə planlarının həyata keçirilməsini əmr edib və əhalini və dövlət qurumlarını qorumaq üçün ölkə daxilində "xarici həyəcan vəziyyəti"nin yaradılması haqqında fərman imzalayıb. Venesuela bütün ictimai və siyasi qüvvələri səfərbər olmağa, təcavüzə fəal şəkildə müqavimət göstərməyə və ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.

Eyni zamanda, Venesuela diplomatik strukturları "ABŞ-ın təcavüzü məsələsini BMT Təhlükəsizlik Şurasında, eləcə də CELAC və MNOAL-da qaldıracaq, Vaşinqtonun qınanmasını və məsuliyyət daşımasını tələb edəcək".

Venesuela BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququnu bəyan edib və Latın Amerikası, Karib regionu və bütün dünyanı həmrəylik dəstəyi göstərməyə çağırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR