İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vur, komandir, vur!” – Ermənistan helikopterinin vurulduğu ərazidən yeni görüntülər yayıldı (Video)

1133 23.02.2026 21:09 Dünya A A

2014-cü ilin noyabrında Ermənistan–Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin vurulduğu əraziyə aid yeni görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, paylaşılan kadrlardan hadisənin baş verdiyi məkanın Ağdam rayonunun Kəngərli kəndi ərazisi olduğu aydın görünür.

Xatırladaq ki, sözügedən hadisə Azərbaycan hərb tarixində xüsusi yer tutur. Belə ki, Ermənistan ordusuna məxsus helikopterin məhv edilməsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İlkin Muradov-un səsləndirdiyi “Vur, komandir, vur!” ifadəsi sonradan ölkədə rəmzi çağırışa çevrilib.

Məhz həmin əməliyyat zamanı səsləndirilən bu ifadə ilə yadda qalan hadisənin baş verdiyi əraziyə aid görüntüləri təqdim edirik.

E.Məmmədəliyev,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR