İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

968 13.02.2026 11:07 Şou-biznes A A

Xalq artisti Natiq Şirinov ailəsi ilə birlikdə ziyarətə yollanıb.

Musiqiçi anası, xanımı və bacısı ilə Ümrəyə gedib. O bildirib ki, ən böyük arzusunu gerçəkləşdirib:

"Həyatımın ən böyük arzularından birini gerçəkləşdirdim. Anamı, bacımı və yoldaşımı Ümrə ziyarətinə gətirmək nəsib oldu. Birlikdə Mədinə və Məkkənin müqəddəs torpaqlarını ziyarət etdik. Bu nemətə görə sonsuz şükürlər! Allah hər kəsə ailəsi ilə bu mübarək anları yaşamağı qismət etsin, inşallah"./Milli.az/

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR