İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneisiz İranı daxildə nələr gözləyir?  

1841 20.12.2025 15:37 Siyasət A A


İranın ali dini lideri Seyid Əli Xameneinin səhhətinin pisləşdiyi barədə rejimə bağlı media təsisatlarının yaydığı xəbərdən sonra Post-Xamenei İranının daxilində nələr baş verə biləcəyi sualı aktullaşır.

Siyasi şərhçi Əli Orucov bu barədə Musavat.com-un sualına cavabında bildirib ki, İran İslam Respublikası üçün Xameneinin yoxluğu təkcə lider dəyişikliyi deyil, sistemin gələcək trayektoriyasını müəyyən edən tarixi dönüş nöqtəsi olar. Ona görə də Post-Xamenei dövrünü bir neçə əsas perspektiv üzrə xarakterizə etmək olar:

"Birincisi, hakimiyyət boşluğu deyil, hakimiyyət mübarizəsi meydana gələ bilər. İranda ali dini lider postu konstitusion mexanizmlə doldurulub. Lakin real proses elitalar arasında güc balansı üzərindən gedəcək. İslam İnqilabı Keşikçiləri Korpusu–SEPAH əsas siyasi-hərbi aktor olaraq təsirini maksimum artırmağa çalışacaq.
Ruhanilər, xüsusən Qum dini mərkəzləri öz rolunun zəifləməsindən indidən narahatdır. Onlar narahatdırlar ki, Xameneinin yoxluğu şəraitində hazırda Prezident institutu formal olsa da, ictimai legitimlik baxımından önəm qazana bilər. Post-Xamenei dövrü sakit “keçid” yox, pərdəarxası ciddi çəkişmə mərhələsi olacaq. Bunun üzərinə xaricdən ediləcək müdaxilələri də gəlsək İranı çox böyük daxili qarşıdurmanın gözlədiyini söyləyə bilərik".

Ekspert onu da deyib ki, İran əhalisinin 60%-dən çoxu 35 yaşdan aşağıdır. Bu faktor da dini ideologiyaya bağlılığı zəiflədir, sosial ədalət və həyat səviyyəsi əsas tələbə çevrilir: "Xameneinin yoxluğu
qorxu baryerini zəiflədə bilər, etiraz dalğaları üçün psixoloji fürsət yaradar".

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR