İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən qaçan separatçı danışmağa başladı: İrəvan niyə Bakıya minnətdarlıq edir?  

1695 24.01.2026 19:22 Dünya A A

Ermənistanın daxili siyasi mühiti növbəti dəfə qalmaqallı açıqlama ilə silkələnib. Keçmiş qondarma “Arsax”ın dövlət naziri Artak Beqlaryanın “Qraparak” nəşrinə verdiyi müsahibə İrəvanda hakimiyyət dairələrinin Bakıya ünvanladığı təşəkkür ritorikasını açıq şəkildə hədəfə alıb.

Musavat.com xəbər verir ki, Beqlaryan baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan və prezident Vaaqn Xaçatryanın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsini siyasi və mənəvi absurda bərabər addım kimi qiymətləndirib.

Separatçı məmur istehzalı şəkildə bildirib ki, əgər “təşəkkür” məntiqi ilə yanaşılacaqsa, bunun səbəbləri ancaq kinayə doğura bilər. Onun sözlərinə görə, guya 150 min yox, “cəmi” 5 mindən bir qədər çox insanın həlak olması, Bakıda 1900 yox, 19 erməni cinayətkarın saxlanılması və Azərbaycanın yalnız Qarabağla kifayətlənməsi İrəvanın minnətdarlıq göstərməsi üçün əsas kimi təqdim olunur.

Beqlaryan bu yanaşmanı rüsvayçı adlandıraraq diqqəti əsas məqama yönəldib: rəsmi Bakı indiyədək Ermənistana qarşı heç vaxt təşəkkür ritorikasından istifadə etməyib. Onun fikrincə, bu faktın özü Paşinyan komandasının davranışının nə qədər ziddiyyətli və acınacaqlı olduğunu göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR