İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər rayonunun icra başçısı yağışın fəsadları ilə bağlı tapşırıqlar verdi FOTO

1221 05.04.2026 18:35 Ölkə A A

Xəzər rayonunun bir sıra ünvanlarında intensiv yağış nəticəsində fəsadlar müşahidə olunub.

Xəzər Rayon İcra Hakimiyyətindən Musavat.com-a verilən xəbərə görə, bununla əlaqədar RİH rəhbərliyi tərəfindən aidiyyəti idarə və müəssisələrin koordinasiyalı fəaliyyəti təşkil olunaraq, öncədən müəyyən edilmiş riskli ərazilərə xüsusi texnikalar cəlb edilib və ilkin qabaqlayıcı tədbirlərin icrasına başlanılıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sözügedən ərazilərə yerində baxış keçirilib, yağışın fəsadlarının qısa müddət ərzində aradan qaldırılması məqsədilə əlavə nasosların cəlb olunması və digər lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq göstərişlər verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR