İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburq məhkəməsi üç soydaşımızın həbs müddətini uzatdı

440 18.12.2025 20:12 Region A A

Rusiyanın Yekaterinburq şəhərində yerləşən Verx-İsetski Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edərək üç azərbaycanlının həbs müddətinin uzadılması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, məhkəmənin qərarına əsasən, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev barəsində seçilmiş həbs-qətimkan tədbiri 2026-cı il martın 29-dək qüvvədə saxlanılacaq.

Məlumata görə, qərar istintaq orqanlarının müraciəti əsasında verilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxslərin və ya vəkillərinin mövqeyi barədə əlavə məlumat açıqlanmayıb.

Qeyd edək ki, sözügedən məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlılarla bağlı növbəti səs-küylü işlərdən biri kimi diqqət çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR