İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni rütbə alan diplomatlarımız kimlərdir? - DOSYE

1084 08.07.2026 17:32 Siyasət A A

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Musavat.com yeni diplomatik rütbələr verilən şəxslərin dosyelərini təqdim edir:

Fövqəladə və səlahiyyətli səfir rütbəsi verilən Samir Şərifov xarici işlər nazirinin müavinidir. O, diplomatik fəaliyyətə 2000-ci illərdə başlayıb, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müxtəlif strukturlarında çalışıb.

WhatsApp Image 2026-07-08 at 16.46.29.jpeg (150 KB)

Samir Şərifov

2018-2021-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin müşavir-elçisi vəzifəsində; 2021-2023-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2017-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamı ilə S. Şərifova “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

WhatsApp Image 2026-07-08 at 16.47.30.jpeg (413 KB)

Yalçın Rəfiyev

Fövqəladə və səlahiyyətli səfir rütbəsi verilən Yalçın Rəfiyev də xarici işlər nazirinin müavinidir. O, diplomatik fəaliyyətə 2007-ci ildə başlayıb. 2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini; 2019-cu il sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub. Y.Rəfiyev eyni zamanda COP29-un baş danışıqçısı olub. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2021-ci il tarixli sərəncamı ilə Y. Rəfiyevə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib. 9 iyul 2019-cu il tarixində Diplomatik xidmət orqanlarındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənmə” medalı ilə təltif olunub.

WhatsApp Image 2026-07-08 at 16.47.11.jpeg (54 KB)

Sultan Hacıyev

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomatımız həmçinin, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndədir.

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən digər diplomatımız Ruslan Nəsibov isə Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsidir.

WhatsApp Image 2026-07-08 at 16.46.55.jpeg (27 KB)

Ruslan Nəsibov

Prezidentin sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən Samir Becanov Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisidir. S. Becanov həm də COP29 baş danışıqçısının müavini olub.

WhatsApp Image 2026-07-08 at 16.46.40 (1).jpeg (27 KB)

Samir Becanov

WhatsApp Image 2026-07-08 at 16.47.20.jpeg (327 KB)

Anar Nəcəfli

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilən digər diplomat Anar Nəcəfli isə Xarici İşlər Nazirliyində Protokol idarəsinin rəisidir.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR