İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

722 04.12.2025 10:18 Hadisə A A

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

"Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR