Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Rusiyanın işğalına qarşı 2023-cü il əks-hücum əməliyyatının uğursuzluğunu prezident Volodimir Zelenskiyə bağlayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, "Associated Press" agentliyinə açıqlama verib.
Zalujnı bildirib ki, NATO tərəfdaşlarının dəstəyi ilə hazırlanmış plan Zaporojye bölgəsinə zərbə endirməyi, Rusiyanın Krıma quru dəhlizini kəsməyi və Azov dənizinə çıxış üçün qüvvələri bir istiqamətdə cəmləşdirməyi nəzərdə tuturdu.
Lakin o iddia edir ki, əksinə, resurslar bir neçə cəbhəyə səpələnib və əməliyyat zərbə gücündən məhrum olub.
Zalujnı əlavə edib ki, Zelenski və digər yüksək vəzifəli rəsmilər lazımi resursları təmin etməyiblər və planın tam həyata keçirilməsinə mane olublar.
UNIAN xəbər verir ki, bu müsahibə Zalujnı ilə Zelenski arasında müharibənin aparılması ilə bağlı fikir ayrılıqlarının ictimaiyyət tərəfindən ilk dəfə açıq şəkildə etiraf olunmasıdır.
Musavat.com






