İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan son dəqiqə Zəngəzur AÇIQLAMASI

5025 30.01.2026 17:41 Siyasət A A

Rusiya "Tramp Marşrutu" (TRIPP) layihəsinə qoşulmaq üçün mümkün variantları araşdırmağa hazır olduğunu təsdiqləyir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, iştirak barədə qərar qəbul etməzdən əvvəl təşəbbüsün həyata keçirilməsi və işləməsi ilə bağlı bütün aspektlər ətraflı öyrənilməlidir.

“Hökumət İrəvandan gələn bütün sorğuları nəzərdən keçirir. Bu sorğular müvafiq qurumlarımız tərəfindən operativ şəkildə işlənir. “Tramp marşrutu”na (TRIPP) gəldikdə, biz Rusiya Dəmir Yollarının unikal təcrübəsi də daxil olmaqla, bu layihəyə qoşulmaq üçün mümkün variantları araşdırmağa hazır olduğumuzu təsdiqləyirik. Çox güman ki, ilk növbədə bu təşəbbüsün həyata keçirilməsi və fəaliyyətinin təfərrüatları ilə tanış olmaq lazımdır. Bildiyimiz qədəri ilə, bu, ilkin mərhələdədir. Bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələr nəzərdə tutan İrəvana təklifimiz qüvvədə qalır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR