İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Berlinə gedir – Avropa liderləri ilə sülh planı müzakirə olunacaq

346 13.12.2025 01:00 Dünya A A

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın sülh təklifləri üzrə danışıqlarında iştirak etmək üçün dekabrın 15-də Berlinə gedəcək.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Ukrayna Prezidentinin səfəri barədə məlumatı Almaniya kansleri Merzin baş nümayəndəsi Stefan Kornelius açıqlayıb. Məsələ ilə tanış olan insanların sözlərinə görə, görüşdən əvvəl Ukrayna, Avropa və ABŞ-ın milli təhlükəsizlik müşavirləri layihə planları ilə bağlı danışıqlar aparacaqlar. Eyni zamanda, planların hələ də dəyişə biləcəyi qeyd edilir.

Agentliyin yazdığına görə, Ukrayna əraziləri Vaşinqton, Kiyev və Moskva arasında cari müzakirələrin mərkəzidir. Bu ölkələrin nümayəndələri 20 bənddən ibarət plan üzərində işləyirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR