İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski geri addım atmır: Ukraynanın NATO yolu bağlanmayıb

723 24.12.2025 14:01 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev NATO-ya üzvlük perspektivindən imtina etməyəcək.

Musavat.com xəbər verir ki, o, bu barədə çərşənbə axşamı jurnalistlərlə görüşü zamanı danışıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya qəbul edilib-edilməməsi alyans üzvlərinin qərarıdır, lakin Kiyevin öz mövqeyi artıq formalaşıb:

“Bu, tərəflərin razılaşmasıdır: Amerika, Ukrayna, Avropa və Rusiya. Bizim fikrimizcə, Ukraynanın NATO-ya qəbul olunub-olunmaması NATO üzvlərinin seçimidir. Amma bizim seçimimiz edilib”, – deyə o vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, bəzi tərəflər NATO ilə Rusiya arasında Ukraynanın gələcəyi ilə bağlı ayrıca razılaşmalar aparmaq istəyirlər:

“Məncə, bu ayrı danışıqlarda Ukraynanın NATO üzvlüyü məsələsi qaldırılacaq. Amma bu, kiminsə kimləsə razılaşmasıdır, bizim deyil. Və bu, Ukraynanın gələcəyi üçün çox vacib məsələdir”, – deyə Zelenski bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR