Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsi ilə bağlı müzakirələrə münasibət bildirib və diqqətçəkən mesaj verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı müharibənin başa çatdırılması üçün seçkilərin şərt kimi irəli sürüləcəyi halda buna hazır olduğunu vurğulayıb.
“Əgər seçkilər müharibənin bitməsi üçün şərtdirsə – buyurun. Amma məqsəd sadəcə məndən qurtulmaqdırsa, yolunu qanunvericilik çərçivəsində tapın”, – deyə Zelenski bildirib.
Musavat.com






