Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 1-də Parisə gedəcək və orada Fransa prezidenti Emmanuel Makronla görüşəcək.
Musavat.com xəbər verir ki, məlumatı Sky News yayıb.
Fransa Prezident Administrasiyasının məlumatına əsasən görüş zamanı Ukrayna lideri Makronla "ədalətli və davamlı sülh" şərtləri ilə bağlı məsləhətləşmələr aparmaq niyyətindədir.
Sky News qeyd edib ki, "səfər Zelenskinin Parisə son səfərindən düz iki həftə sonra baş tutacaq".
Musavat.com






