Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən danışıqlarla bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı nümayəndə heyətlərinin bugünkü iclasından əvvəl Ukrayna komandası ilə müşavirə keçirdiyini bildirib.
Zelenskinin sözlərinə görə, ötən gün baş tutan görüşlər kifayət qədər çətin keçib və Rusiya tərəfi artıq yekun mərhələyə yaxınlaşa biləcək prosesi ləngitməyə çalışır.
“Dünən həqiqətən də asan olmayan görüşlər oldu və biz deyə bilərik ki, Rusiya danışıqları uzatmağa çalışır. ABŞ tərəfinə detallara diqqət və Rusiya nümayəndələri ilə danışıqlarda göstərilən səbrə görə təşəkkür edirəm”, – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, bugünkü müzakirələrdə humanitar məsələlər xüsusi yer tutacaq.
“Digər məsələlərlə yanaşı, bu gün hərbi əsirlərin dəyişdirilməsi və mülki şəxslərin azad edilməsi istiqamətində addımlar müzakirə olunmalıdır”, – deyə Volodimir Zelenski qeyd edib.
Musavat.com






