İnsanlara hürriyət, millətlərə istiqlal!

1 milyard 817 milyon dollar: lotereya tarixinin ən böyük uduşlarından biri

1113 25.12.2025 22:02 Dünya A A

ABŞ-ın Arkanzas ştatında yaşayan bir nəfər bu Miladı ömrü boyu unutmayacaq.

Musavat.com xəbər verir ki, o, lotereyada 1 milyard 817 milyon dollar udaraq bir günün içində milyarderə çevrilib. Xoşbəxt qalib bütün altı rəqəmi düzgün təxmin edib.

Qalibin qarşısında iki seçim var: 835 milyon dolları dərhal nağd şəkildə almaq və ya uduşu 30 il ərzində hissə-hissə əldə etmək.

Bu məbləğ ABŞ lotereyaları tarixində ikinci ən böyük uduş kimi qeydə alınıb. Rekord isə hələ də 2022-ci ildə Kaliforniya ştatında udulmuş 2 milyard 40 milyon dollarlıq cekpotdur.

Beləliklə, Milad ərəfəsində baş verən bu uduş ABŞ-da lotereya tarixinin ən yaddaqalan anlarından biri kimi tarixə düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR