Avropada "Scandinavian Airlines" aviaşirkətinə məxsus təyyarənin reysi göyərtədə siçan aşkarlanması səbəbindən yarımçıq qalıb.
Musavat.com xəbər verir ki, bu barədə "Paddle Your Own Kanoo" portalı məlumat yayıb.
Hadisə Stokholm-Malaqa marşrutu üzrə həyata keçirilən uçuş zamanı baş verib.
Təxminən saat yarım sonra, təyyarə 37 min fut (təxminən 11,2 min metr) yüksəklikdə olarkən sərnişinlər göyərtədə siçan aşkar ediblər.
Nəticədə təyyarə marşrutunu dəyişərək uçuşun başladığı hava limanına geri qayıdıb və təxminən üç saat sonra təhlükəsiz eniş edib. Təyyarə daha sonra istismardan müvəqqəti çıxarılıb.
Musavat.com






