İnsanlara hürriyət, millətlərə istiqlal!

2 gün davam edən Berlin görüşü nələrlə yadda qaldı? ƏSAS DETALLAR

605 15.12.2025 20:39 Siyasət A A

Almaniyada 2 gün davam edən ABŞ-Ukrayna danışıqları başa çatdı. Berlin görüşü bir sıra əlamətdar hadisələrlə yadda qaldı. 

SEHLA SON.jpeg (147 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə 2 gün davam edən Berlin görüşünü Musavat.com-da dəyərləndirib:

“Hazırda həm ABŞ, həm də Avropa İttifaqı Ukraynanı müharibəni sonlandırmağa və “sülhə” vadar etməyə çalışır. Bu baxımdan ABŞ-la müqayisədə Avropanın inisiativləri Ukrayna üçün daha “məqbul” sayılsa da, ümumilikdə mahiyyət etibarilə Ukraynanın məğlubiyyətini qəbul etməsinə çağırış xarakteri daşıyır. Berlində baş tutan danışıqlar da eyni məqsədə xidmət edirdi. Məhz bu davamlı diplomatik təzyiq nəticəsində Ukrayna artıq NATO üzvlüyü iddiasından imtina etdi. Bu barədə ABŞ və Avropa rəsmiləri açıq bəyanlar etdilər. 

Lakin Ukrayna NATO üzvlüyündən imtina əvəzinə NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən təmin olunan kollektiv təhlükəsizlik mexanizminə bənzər təhlükəsizlik təminatları istəyir. ABŞ bu təminatı böyük ehtimalla verməyəcək, əvəzində Avropa dövlətlərinin müvafiq təhlükəsizlik mexanizmi formalaşdırmasını tələb edəcək. Çünki bu məsələ Rusiyanın “qırmızı xətlərindən” biridir. Lakin təhlükəsizlik təminatı real sahəvi sülhməramlı missiya ilə müşayiət olunmazsa, o zaman 1994-cü ildə Ukraynanın aldığı təhlükəsizlik təminatlarından heç bir fərqi olmayacaq. Belə ki, 1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın nüvə silahından imtina etməsi əvəzinə ərazi bütövlüyünə dəstək olacaqlarını vəd etmişdilər. Lakin bu vədin yerinə yetirilməməsi bir daha göstərir ki, beynəlxalq hüquqi mexanizmlər real mexanizmlər olmadan işləmir.

Həmçinin, Ukrayna NATO məsələsində güzəştə getməsinin əvəzində Rusiyanın ərazi tələblərindən imtina etməsini gözləyir ki, bu məsələdə də razılıq əldə olunmayıb. Belə ki, Rusiya Donbasın Ukrayna nəzarətində qalan 10 faizini də tələb edir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR